Fransada "Qoretti" siklonu səbəbindən təxminən 380 min ev elektriksiz qalıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "BFMTV" telekanalı "Enedis" idarəetmə şirkətinə istinadən məlumat verib.
"Enedis" hazırda 380 min evin, əsasən Normandiyada (266 min) elektriksiz qaldığını bildirib. "Bretanidə (Fransanın şimal-qərbində bölgə - red.) 21 min, Pikardidə (ölkənin şimalındakı bölgə - red.) 18.5 min və İl-de-Fransda (region - red.) 13.5 min ev təsir altında qalıb", - deyə şirkətdən bildirilib.
Fəlakətlərin qarşısının alınması üzrə mütəxəssis Qael Muşketanın sözlərinə görə, pis hava şəraitinin nəticələrinin aradan qaldırılması bir neçə gün çəkəcək.
Kanalın məlumatına görə, Manş departamentində külək 210 km/saat-dan çox sürətlə əsib.
Həmçinin "Qoretti" siklonunun Böyük Britaniyanı da vurduğu qeyd edilir. "National Grid" enerji şirkəti orada təxminən 50 min evin elektriksiz qaldığını bildirib. Elektrik kəsintiləri əsasən cənub-qərbi Britaniya ərazilərini təsir altına alıb.