Fransada yüngül mühərrikli təyyarə qəzaya uğrayıb.
“Frans-Press” agentliyinin məlumatına əsasən, hadisə Parisdən şərqdə, Sen Patyu komunnası yaxınlığında baş verib.
Qəza nəticəsində dörd nəfər həlak olub.
Təyyarənin təlim-məşq uçuşu keçirdiyi bildirilib.
Hazırda qəzanın səbəbləri araşdırılır.