Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
:1200.jpg)
Fransadakı Azərbaycan diaspor təşkilatı Afrika ölkəsində “Şuşa” bulağı açdı - FOTO
Fransanın Tuluza şəhərində fəaliyyət göstərən “Azərbaycan İcması Birliyi”nin təşəbbüsü və icma üzvlərinin maliyyə vəsaiti ilə “Şuşa İli” çərçivəsində su və ərzaq çatışmazlığından əziyyət çəkən Afrikanın Benin Respublikasının Kotonu şəhərində xeyriyyə aksiyası təşkil edilib.
Diasporla İş üzrə Dövlət Komitəsi ilə koordinasiyalı şəkildə Benin Respublikasının ən iri şəhəri olan Kotonuda həyata keçirilən aksiya zamanı su quyusunun açılışı olub və aztəminatlı ailələrə ərzaq paylanılıb. Mərasim zamanı “Şuşa qəhrəmanlarının əziz xatirəsinə həsr olunur” sözlərinin, Şuşa qalasının və xarıbülbül rəmzinin təsvirinin əks olunduğu poster nümayiş etdirilib.
Qeyd edək ki, Fransa Respublikasında rəsmi qeydiyyatdan keçən “Azərbaycan İcması Birliyi” Tuluza şəhərindəki soydaşlarımızın bir araya gəlməsi, Vətənə bağlılığı, milli-mədəni dəyərlərimizin təbliği, Azərbaycan həqiqətlərinin, postmüharibə dövründə ölkəmizlə bağlı yaranmış yeni reallıqların yerli ictimaiyyətə çatdırılması istiqamətində tədbir və layihələr gerçəkləşdirir.
"Fransa" teqi üzrə xəbərlər
- Fransada polislərə hücum edildi
- Fransada bıçaqla silahlanmış qadın və iki oğlu orta məktəbə basqın ediblər
- "Telegram"ın qurucusu Pavel Durov Fransanı tərk etdi
- Almaniya, Böyük Britaniya və Fransa liderlərinin müşavirləri ABŞ-yə yola düşüblər
- Makron Bakı və İrəvan arasında sülh sazişinin mətni üzrə razılaşmanı alqışlayır