Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Fransalı siyasətçi AK rəhbərinin planından yazdı: “Avropa kraliçası” ali baş komandan olmaq istəyir” - FOTO
“Avropa İttifaqının yeni müdafiə strategiyası Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayenə imkan yaradacaq ki, Aİ-nin vahid ordusuna rəhbərlik etsin”.
Bu barədə Fransanın “Vətənpərvərlər” partiyasının lideri Florian Filippo “X” hesabında paylaşım edib.
Onun sözlərinə görə, Ursula fon der Lyayen özünü elə məhz silahlı qüvvələrin baş komandanı kimi görür.
“Diqqət! Ursula artıq özünü “Avropanın kraliçası” hesab edirdi, indi silahlı qüvvələrin ali baş komandanı olduğunu düşünür”, - deyə Filippo paylaşımda qeyd edib.
“O, indicə “Avropa müdafiə proqramı” barədə bəyanat verdi ki, bu da “Aİ icra hakimiyyətinə üzv dövlətlər adından hərbi texnikanın alınmasını təşkil etməyə imkan verir.
Düz oxudunuz! Avropa Komissiyası “bizim adımızdan” hərbi texnika ala biləcək! Və təsəvvür edirsiniz ki, Ursula bütün bunları SMS vasitəsilə müzakirə edəcək?!
Avropa ordusundan özünüzü qoruyun! Gəlin milli müstəqilliyi və sülhü seçək!” - deyə Florian Filippo vurğulayıb.
"Aİ" teqi üzrə xəbərlər
- Avropa İttifaqı Azərbaycanla sərhəddə casusluq fəaliyyətini davam etdirir - ANBAAN GÖRÜNTÜLƏR
- Borrel Qərbin Ukraynaya Rusiyanın dərinliklərinə zərbələr endirməyə gizli icazəsindən danışdı
- Azərbaycan Macarıstanın Avropa İttifaqına sədrliyini alqışlayır
- COP29 çərçivəsində 300-500 milyard dollarlıq yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
- Makron və Borrelin siyasi iflası: Parisin boykot olunan COP29 çağırışı
Rəylər