Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin
Fransalı vəkildən açıqlamalar: Pavel Durov VIP məhbus olacaq?
"Pavel Durov həbs cəzası alsa, VIP məhbus olacaq".
Oxu.Az-ın xəbərinə görə, bu sözləri fransalı hakim Lukas Vinsent "İzvestiya" nəşrinə müsahibəsində deyib.
Lukas Vinsent həbs müddəti avqustun 28-də başa çatan "Telegram"ın təsisçisi Durovun işinə baxılacaq məhkəmədə işləyir. Hakimin fikrincə, iş adamına qarşı dərhal ittiham irəli sürülə və ya şahid qismində dindirilə bilər. Eləcə də "Telegram"ın təsisçisinin həbsdə qalması, işin başqa mütəxəssisə təhvil verilməsi və istintaqın bir ilə qədər uzadılması kimi ehtimallar da var.
"Eyni zamanda, işin həcmi və Pavel Durovun şəxsiyyəti nəzərə alınaraq, milyarderin saxlanma şəraiti digər adi hallardan fərqli olacaq", - deyə Vinsent qeyd edib.
Ekspert bildirib ki, iş adamı istintaqın gedişatı müddətində zaminə də buraxıla bilər. Bununla belə, söhbət Durovdan gedir, ona görə də bu halda girov bir neçə on milyon avroya bərabər ola bilər.
"Pavel Durovun saxlanılması" teqi üzrə xəbərlər
- Pavel Durov Paris məhkəməsində ilk dəfə dindirilib
- Pavel Durov Moskva ilə əlaqələrdən imtina edib?
- Fransa hakimiyyəti Durovun qardaşını və "Telegram"ın vitse-prezidentini Parisə gəlməyə məcbur edir
- "Telegram"ın yaradıcısı Pavel Durov Fransa məhkəmə orqanları ilə əməkdaşlıq edir?
- "Telegram"da şəxsi mesajlarda məxfilik ləğv edilir?
Rəylər