Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Fransanı Avropa Parlamentində təmsil edən deputat: “Makronun nüfuzu kəskin enəcək”
“Fransa dövlətinin maliyyə sistemi faciəvi vəziyyətdədir”.
Bu barədə Fransanı Avropa Parlamentində təmsil edən Cefroy Didye Avropa Komissiyasına müraciəti zamanı deyib.
“Fransa 2017-ci ildən bəri əlavə 900 milyard avro borc toplayıb, Parisin dövlət büdcə kəsiri 2023-cü ildə ümumi daxili məhsulun (ÜDM) ən azı 4,9%-nə çatıb və ölkənin borc yükü 2024-cü ildə 57 milyard avroya yüksələcək”, - deyə Cefroy Didye qeyd edib.
Avropa Parlamentinin deputatı bildirib ki “Moody's”, “Standard & Poor's” kimi beynəlxalq reytinq agentlikləri ölkənin iqtisadi və maliyyə göstəricilərini aşağı salsa, Fransa Prezidenti Emmanuel Makronun, eləcə də onun hökumətinin nüfuzu kəskin enəcək.
Mənbə: Lenta.ru
Rəylər