"Fransa ordusu üç-dörd ildən sonra Rusiya ilə qarşıdurmaya hazır olmalıdır".
Oxu.Az "Le Figaro" nəşrinə istinadən xəbər verir ki, bunu Fransa Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Fabyen Mandon deyib.
"Bu, bir növ artıq yaşadığımız hibrid müharibə formasında, ya da daha sərt toqquşma şəklində sınaq olacaq. Rusiya bizim qitəmizdə müharibəni davam etdirmək istəyə biləcək ölkədir və bu, mənim hazırlıq planımda təyinedici elementdir", - deyə o vurğulayıb.
General əlavə edib ki, belə şəraitdə Fransanın etməli olduğu ilk şey hərbi büdcəni artırmaqdır.
2026-cı ildə müdafiə büdcəsinin 57.1 milyard avroya qədər artırılması nəzərdə tutulur ki, bu da cari illə müqayisədə 13% artım deməkdir.