Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Fransanın yeni baş naziri Mişel Barnye Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik edib
Fransanın yeni baş naziri təyin edilən Mişel Barnye barədə bir sıra yeni detallar məlum olub.
Oxu.Az xəbər verir ki, 2021-ci ildə keçirilən prezident seçkisində Mişel Barnye Respublikaçılar partiyasından namizədliyini irəli sürsə də, partiyadaxili səsvermənin birinci turunda uduzub və nəticədə digər namizəd Valeri Pekressi dəstəkləyib.
Prezidentliyə namizəd kimi V. Pekress isə 2021-ci ilin dekabrında əvvəl Ermənistanın paytaxtı İrəvana səfər edib, sonra isə o vaxt Rusiya sülhməramlı kontingentinin müvəqqəti məsuliyyət zonasına daxil olan Azərbaycanın Xankəndi şəhərinə qanunsuz səfər edib.
Bununla da İl-de-Frans əyalətinin rəhbəri Valeri Pekress açıq-aşkar Azərbaycanın ərazi bütövlüyünə hörmətsizliyini nümayiş etdirmiş olub.
Valeri Pekress İrəvanda olarkən ovaxtkı prezident Armen Sarkisyan, parlamentin rəhbəri Alen Simonyan və xarici işlər naziri Ararat Mirzoyanla görüşüb.
Həmçinin məlum olub ki, onu Qarabağda olarkən senator Bruno Retaylo və Fransanın keçmiş xarici işlər naziri, keçmiş avrokomissar, hazırda ölkənin baş naziri təyin edilən Mişel Barnye müşayiət edib.
Valeri Pekress əvvəllər də ermənipərəst siyasətçi reputasiyasına malik olub. Əvvəllər müxtəlif dövlət vəzifələrində çalışan qadın siyasətçi dörd dəfə İrəvana səfər edib.
Məhz Valeri Pekressin səyləri nəticəsində, o 2020-ci ildə İl-de-Frans əyalətinin regional şurasının rəhbəri olarkən "Dağlıq Qarabağın müstəqilliyinin rəsmi tanınmasının zəruriliyi haqqında" qondarma qətnaməni qəbul edib.
Bütün yuxarıda deyilənlərdən bir daha aydın olur ki, demokratiya, qanunun aliliyi və söz azadlığının tərəfdarı olan Fransa faktiki olaraq hər zaman separatizmi dəstəkləyib və Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik nümayiş etdirib.
Xatırladaq ki, Fransa Prezidenti Emmanuel Makron bu gün Mişel Barnyeni ölkənin baş naziri postuna təyin edib.
Mişel Barnye Fransanın yeni baş naziri təyin edilib.
Oxu.Az bu barədə AFP-yə istinadən xəbər verib.
Qeyd olunur ki, Mişel Barnye daha əvvəl Fransanın xarici işlər naziri postunda çalışıb.
O, Avropa İttifaqı ilə (Aİ) "Brexit" arasında aparılan danışıqların qrupuna rəhbərlik edib.
"Fransa" teqi üzrə xəbərlər
- BTQ: "Fransa dənizaşırı ərazilərinin unikal ekosisteminə ciddi ziyan vurub"
- Fransadakı böhran dünyanın ən böyük muzeyinin gələcəyini təhlükə altına alıb
- ABŞ tarixində fasilə ilə ən yüksək dövlət vəzifəsini tutan ikinci prezident: Tramp işinə başlayacaq
- Azərbaycandakı diplomatik korpusların rəhbərləri Şəhidlər xiyabanını ziyarət ediblər
- Tələsik imzalanan strateji tərəfdaşlıq sazişi Ermənistan xalqına ürəkaçan perspektivlər vəd etmir
Rəylər