Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Fransız qadınlar Makronun həyat yoldaşını kişi adlandırdıqları üçün cərimələniblər
Paris məhkəməsi Fransa Prezidenti Emmanuel Makronun həyat yoldaşı Brigitte Makronu kişi adlandıran iki qadın barəsində hökm çıxarıb. Onlara 13.500 avro məbləğində cərimə təyin edilib.
Oxu.Az bu barədə BFMTV telekanalına istinadən məlumat verir.
Nataşa Rey və Delfin Jequs əleyhinə məhkəmə prosesi iyunda keçirilib. İstintaq iddia edir ki, Rey birinci xanıma qarşı böhtan xarakterli materiallar hazırlayıb, Jequs isə onları yayıb. Rey xəstəliyinə görə iclaslarda iştirak etməyib.
Brigitte Makronun vəkili təqsirləndirilən şəxslərdən hər birinə 10.000 avro cərimə tətbiq edilməsini və məhkəmə xərclərinin ödənilməsini tələb edib.
2021-ci ildən bəri Fransa prezidentinin həyat yoldaşının cinsiyyətini dəyişdirməsi barədə şayiələr yayılmağa başlayıb. Sosial şəbəkələrdə Brigitte Makronun əsl adının Jan-Mişel Tronye olduğu iddia edilərək, bunun guya onun qızlıq soyadı ilə əlaqəli olduğu bildirilir.
Fransız sosial şəbəkələrində 2021-ci ildən bəri Brigitte Makronun transgender olduğu və Jan-Mişel Tronye adını daşıdığı barədə şayiələr dolaşır. Birinci xanım bu ittihamları qəti şəkildə rədd edib və belə şayiələr yayan şəxslərə qarşı məhkəməyə müraciət etməyi planlaşdırır.
Rəylər