Fransız xüsusi təyinatlıları Paris yaxınlığında ticarət mərkəzindən 18 girovu azad edib.
Oxu.Az “RİA Novosti”yə istinadla xəbər verir ki, bu gün səhər naməlum şəxslər Primark mağazasının əməkdaşlarını girov götürmüşdü.
Azad edilmiş girovlar arasında yaralılar yoxdur, bir nəfərə özünü pis hiss etdiyinə görə tibi yardım lazım olub.
Hazırda polis əməkdaşları ticarət mərkəzindədirlər. Onlar mağazaya basqın etmiş üç şəxsin yerini müəyyən etməyə çalışırlar.
13:31
Paris yaxınlığında naməlum şəxs mağazada 10 nəfəri girov götürüb.
Oxu.Az TASS- a istinadla xəbər verir ki, yerli KİV-in məlumatına əsasən, üç silahlı kişi Vilnev-la-Qarenndə Primark mağazasına daxil olublar.
Polis ehtimal edir ki, baş verənlər oğurluğa cəhddir.
Hadisə yerinə elit polis bölmələri cəlb olunub.
www.oxu.az