Fransızların 50%-dən çoxu Fransanın sabiq baş naziri Fransua Fiyonun 2017-ci ildə prezident seçkilərində qalib gələcəyini hesab edirlər.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, bunu “Jornal du Dimanche” nəşri üçün “Ifop” şirkətinin keçirdiyi sorğunun nəticələri göstərir.
Sorğunun nəticələri görə, sorğuda iştirak edənlərin 55%-i seçkilərdə Fiyonun qələbə çalacağına əmindirlər. Baxmayaraq ki, sorğuda iştirak edənlərin 28%-i seçkilərdə onun qalib gəlməsini istəyir. İştirakçıların 47%-i Fiyonun ölkədə islahat aparmağa qadir olduğunu bildirib, 46%-i isə onun üzərinə götürəcəyi öhdəlikləri yerinə yetirəcəyini düşünürlər.
Bununla yanaşı, sorğuda iştirak edənlərin 28%-i sabiq baş nazirin adi insanların problemlərini anladığını, 62%-i isə sabiq baş nazirin proqramının onlarda narahatçılıq doğurduğunu deyiblər.
987 nəfərin iştirak etdiyi sorğu dekabrın 14-dən 16-na qədər onlayn şəkildə aparılıb.
Fransa prezidentinin seçkiləri iki mərhələdə - 2017-ci ilin aprel ayının 23-də və may ayının 7-də keçiriləcək.
N.O.
www.oxu.az