Twitter mikrobloqunun fransız istifadəçiləri Müttəfiqlərin Normandiyaya gəlişinin 70-ci ildönümünə həsr edilmiş tədbirdə rəsmi görüş zamanı Barak Obamanın saqqız çeynəməsini tənqid ediblər.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, ABŞ-ın prezidenti artıq bir dəfə bu vərdişinə görə tənqid edilib. Bu dekabr ayında Nelson Mandelanın dəfni zamanı saqqız çeynəyərkən olub.
Obama hal-hazırda siqaret çəkmək vərdişini tərgitmək istəyir, bu səbəbdən də tez-tez nikotinli saqqızlar çeynəyir.