Müflis olmuş FTX kriptovalyuta birjasının qurucusu və keçmiş baş direktoru Sem Benkman-Frid Baham adalarında saxlanılıb.
Bildirilir ki, onun saxlanılmasına səbəb ABŞ-nin müraciəti olub. Qeyd edək ki, Benkman-Fridə qarşı dələduzluq və çirkli pulların yuyulması ilə bağlı cinayət işi açılıb.
Xatırladaq ki, ən böyük kriptovalyuta birjalarından biri olan FTX noyabrın 11-də iflasını elan edib. Bu, jurnalistlərin birjanın öhdəlikləri və aktivləri arasında əhəmiyyətli uyğunsuzluq aşkar etməsindən qısa müddət sonra baş verib. Mediada yayılan məlumata görə, uyğunsuzluq səkkiz milyard dollar təşkil edib.
Mənbə: Forbes.ru
Rəylər