Bazar günü Serbiyanın paytaxtı Belqradda 4 il ərzində ilk gey-parad keçirilib.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, parad son dərəcə yüksək təhlükəsizlik tədbirləri ilə müşayiət olunub. Şəhərin mərkəzində faktiki olaraq hərbi rejimə keçilib. Fəalların qısa marşrutu boyunca bütün kəsişən yollar bağladılıb, vertolyot və zirehli texnika şəhərə yeridilərək polis sədləri yaradılıb. Bunların hamısı 2010-cu ildə yaşanan, “LGBT” fəalları ilə ultra-millətçilərin toqquşmasının qarşısını almaq üçün edilib.
Həmin toqquşmada yüzdən çox insan xəsarət almışdı və təhlükəsizliyi nəzərə alaraq 3 il ərzində belə tədbirlərin keçirilmə müraciətlərini hakimiyyət təxirə salırdı. Lakin bu il provoslav Serbiyanın Avropa Birliyinə qatılmaq istəyi, onlara çətin “test” kimi verilən tolerantlıq və insan haqlarını qorumaq bacarığı imtahanından keçir.
Gey-paradın marşrutu hökumət evindən parlamentə qədər uzanıb. Hökumət futbol üzrə milli çempionatın bütün oyunların bazar günündən bazar ertəsinə keçirilməsi istiqamətində qərar qəbul edib, bazar günü isə bütün mərkəzi Belqrad küçələri polislə doldurulub.
Aksiyanın əsl iştirakçılarını isə saymaq mümkün olmayıb, belə ki, onlarla birgə çox sayda jurnalist toplusu, şəhər rəsmiləri, partiya üzvləri və qərb diplomatları da yürüş ediblər. Marşda Serbiya mədəniyyət naziri İvan Tasovas, Belqrad meri Siniş Mali və Serbiyanın Aİ-yə daxil olması üzrə danışıqlara rəhbərlik edən Tanya Mişçeviç də iştirak ediblər.
Reuters bildirir ki, aksiyada bir neçə yüz fəal iştirak edib. Əsaslı hər hansı bir insident barədə xəbər verilməyib.
Lakin yerli KİV məlumat verir ki, polislərlə ölkənin baş naziri Aleksandr Vuçiçin qardaşı Andrey Vuçiç arasında dava düşüb. Ehtimal olunur ki, o, cangüdənləri ilə birgə polis səddini güclə keçmək istəyib və bunun nəticəsində qarışıdurma baş verib.
Keçmiş ultra-millətçi, indiki qərbyönlü islahatçı olan baş nazir Aleksandr Vuçiç isə əvvəlcədən bildirib ki, marşda iştirak etməyəcək. Lakin aksiya başa çatdıqdan sonra nə qədər çətin olsa da, Serbiya konstitusiyası, qanunlara və bütün hamıya hörmət edildiyinə görə xalqa təşəkkür edib.
Aksiyanın keçirilməsinə qəti etirazını bildirən bir sıra konsrovativ hərəkatların nümayəndələri və Serb provoslav kilsəsidir. Şənbə günü onlar Belqradda izdihamlı etiraz aksiyası keçiriblər.
Qeyd edək ki, keçən həftə Serbiya provoslav kilsəsinin başçısı homoseksualist əməlləri pedofillik və insestlə bir sırada qoyub.
