Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Göldə minlərlə balıq boğuldu: İtaliyada ekoloji fəlakət
İtaliyanın Toskana bölgəsində əsl ekoloji fəlakət yaşanır. Belə ki, Orbetello gölü kütləvi balıq məzarlığına çevrilib.
Oxu.Az-ın "Svejesti" "Telegram" kanalına istinadla verdiyi məlumata görə, mütəxəssislər faciənin əsas səbəbi kimi su hövzəsində oksigen səviyyəsinin kritik azalmasını göstərirlər.
Bildirilir ki, Orbetello gölü onsuz da bu həyati vacib elementin aşağı tərkibi ilə fərqlənirdi, son vaxtlar isə vəziyyət daha da pisləşib. Balıqlar sadəcə olaraq oksigensiz suda boğulurlar.
Ekoloqlar həyəcan təbili çalır və hakimiyyəti gölün unikal ekosistemini xilas etmək üçün təcili tədbirlər görməyə çağırırlar.
"İtaliya" teqi üzrə xəbərlər
- "Google" İtaliya ilə mübahisəni həll etmək üçün külli miqdarda pul ödəyəcək
- ABŞ Ukraynaya sülhməramlı kontingent göndərməyə hazırlaşır? - Tramp AÇIQLADI
- İtaliyada təyyarədə gizlənən pişik uçuşu iki günlük iflic etdi
- İtaliyada fırıldaqçılar nazirin səsini təqlid edib, külli miqdarda pul ələ keçirdilər
- İtaliya sahillərində zəlzələ oldu