Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
"Grok" süni intellektinin yeni versiyasının buraxılış tarixi AÇIQLANDI
ABŞ-li milyarder Elon Mask, "xAI"nin bu yayın sonunda "Grok 2"ni buraxacağını bildirib.
Bu barədə o, "X" sosial şəbəkə platformasında yazıb.
"Avqust ayında "Grok 2" buraxılacaq", - deyə Mask bildirib.
Bundan əvvəl Mask 2024-cü ilin sonuna qədər "xüsusi" "Grok 3"ün buraxılacağını elan edib. O, üçüncü versiyanın hazırlanması üçün 100 min "Nvidia H100" çipindən istifadə olunduğunu vurğulayıb.
"SpaceX" və "Neuralink"in təsisçisi, həmçinin "X" sahibi İlon Maska məxsus "xAI" startapı mart ayında "Grok" generativ neyron şəbəkəsinin mənbə kodunu dərc edib.
Qeyd edək ki, "Grok" yumor hissi olan generativ süni intellektdir.
Mənbə: Gazeta.ru
Rəylər