Dağıstanda güclü leysan səbəbindən şəlalə məcrasından çıxaraq sakinlər arasında təlaşa səbəb olub.
Bu barədə “BAZA” “Telegram” kanalı xəbər yayıb.
Qeyd olunur ki, yağışlar Şimali Qafqazın digər respublikalarına da təsir göstərib. İnquşetiyada yüksək hazırlıq rejimi elan olunub, 100-dən artıq evin daşqınlar altında qalacağı barədə xəbardarlıq edilib, sakinlərin təxliyyəsinə hazırlıq gedir.
Vladiqafqazda isə yerli sakinlər küçəyə çıxa bilmədiklərindən şikayət edirlər. Onların sözlərinə görə, küçələri su basıb.