Ötən gecə Rusiya paytaxtı Moskvanı şiddətli ildırım və güclü yağış vurub.
Bu barədə Oxu.Az Rusiya KİV-ə istinadən xəbər verir.
Məlumata görə, yağan tropik leysan bir çox küçələrdə nəqliyyatın hərəkətini iflic edib. Cəmi bir neçə saat ərzində şəhərə aylıq yağıntı miqdarının demək olar ki, yarısı düşüb.
"Fobos" hava mərkəzinin aparıcı mütəxəssisi Mixail Leusun sözlərinə görə, həmçinin gündəlik yağıntı miqdarı üzrə 1904-cü ilin rekordu qırılıb.
Onun sözlərinə görə, bazar günü 28 millimetr yağıntı qeydə alınıb.
Eyni zamanda bildirilir ki, mayın 18-dən etibarən Rusiyanın mərkəzi Avropa hissəsində anormal isti hava şəraiti müşahidə olunacaq. Moskvada həftə ərzində temperatur 32 dərəcə çatacaq ki, bu da normadan 10-12 dərəcə yüksəkdir. Həmçinin may ayında istilik ayın 20- 21-də pik həddə çatacaq və bu günlərdə 130 illik rekord qırıla bilər.