Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Günəş sanki ovcumuzun içində: Ulduzumuzun unikal şəkilləri təqdim edilib
Avropa Kosmik Agentliyi (AKA) NASA ilə birlikdə Günəş səthinin "Solar Orbiter" kosmik aparatı tərəfindən çəkilmiş ən detallı və yüksəkkeyfiyyətli şəkillərini ictimaiyyətə təqdim edib.
Bu barədə Oxu.Az Rg.ru-ya istinadən məlumat verir.
Bildirilir ki, kadrlar 2023-cü il martın 22-də rekord məsafədən - Günəşdən 74 milyon kilometr uzaqlıqdan çəkilib. Tam mənzərəni əldə etmək üçün alimlər 25 ayrı şəkildən mozaika düzəldiblər.
Günəş diskinin orijinal şəkillərinin keyfiyyəti təxminən 8 000 pikseldir ki, bu da əvvəllər əlçatmaz olan çoxlu sayda detalları görmək imkanı verir.
Günəş sanki ovcumuzun içində: Ulduzumuzun unikal şəkilləri təqdim edilib
"Günəş sistemi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar
Rəylər