Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Günəşdə son beş ilin ən böyük partlayışlarından biri oldu - YENİLƏNİB
Fevralın 9-da Günəşdə ən yüksək dərəcəli güclü partlayış qeydə alınıb.
Bu barədə Rusiya Tətbiqi Geofizika İnstitutunun Heliogeofizika Xidməti məlumat yayıb.
“Fevralın 9-da 3576 (S14E10) günəş ləkələri qrupunda rentgen diapazonunda HF radio rabitəsinin kəsilməsi ilə müşayiət olunan və 38 dəqiqə davam edən X3.3 partlayışı qeydə alınıb”, - məlumatda deyilir.
Hazırda günəş rentgen şüalarının Yerin ionosfer qatına təsiri, kosmik hava məlumatlarına görə, R3 (güclü) səviyyəsindədir. Belə təsirin ən yüksəyi R5-dir (ekstremal səviyyə).
Günəş partlamaları rentgen şüalarının gücündən asılı olaraq beş sinfə bölünür: A, B, C, M və X. Minimum A0.0 səviyyəsi Yerin orbitində hər kvadrat metrə 10 nanovat düşən radiasiya gücünə uyğundur. Növbəti hərfə keçərkən güc 10 dəfə artır. Partlamalar, adətən, günəş plazmasının emissiyaları ilə müşayiət olunur, onların buludları isə Yerə çatmaqla maqnit fırtınalarına səbəb ola bilər.
Qeyd edək ki, bu, son beş ildə qeydə alınmış ən böyük partlayışlardan biridir.
Mənbə: TASS
9.02.2024, 14:03
Bu gün, fevralın 9-da Yer kürəsini maqnit qasırğası vurub. Belə ki, Günəşdə M5.18 güclü partlayışdan sonra daha zəif (M3.49) partlayış qeydə alınıb. Bununla belə, son plazma partlayışı əvvəlkinin təsirini gücləndirib - yüklü hissəciklərin axınları birləşib.
Bakı vaxtı ilə 17:00-dan gecə yarısına kimi maqnit sahəsində rəqslərin gücü 3 bal təşkil edəcək. “Çalxalanmalar” isə artıq başlayıb və Bakı vaxtı ilə 17:00-a qədər olacaq. Bu zaman geotəsirlərin gücü zəif maqnit qasırğası üçün xarakterik olan 4 bala çatacaq.
Maqnit qasırğalarından ilk növbədə yaşlılar və uşaqlar, eləcə də immuniteti zəifləyənlər əziyyət çəkirlər.
Maqnit qasırğaları zamanı meteohəssas insanlar nə etməlidirlər:
Gündə ən az 7-8 saat yatmaq;
Qəhvə, siqaret, spirt, enerji içkiləri, yağlı, ədviyyatlı və qızardılmış qidalardan uzaq durmaq;
Mümkünsə, sakit bir mühitdə daha çox vaxt keçirmək, daha tez-tez təmiz havada gəzmək və mənzilləri mütəmadi olaraq havalandırmaq;
Münaqişələrdən və mübahisələrdən çəkinmək - stres qan təzyiqinin artmasına səbəb olur.
Mənbə: MK.ru
Rəylər