Gürcüstanın Tiflis şəhərində yerli vaxtla səhər 08:00-da vətəndaşların səsvermədə rahat iştirak etmələri üçün ilk seçki məntəqələri açılıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, Gürcüstanda 3.537.719 seçici qeydə alınıb.
Səsvermə 3741 seçki məntəqəsində keçiriləcək, onlardan 52-si dünyanın 40 ölkəsində yerləşdirilib. Ancaq Rusiya ilə diplomatik münasibətlər pozulduğu üçün, burada seçki məntəqələri açılmayacaq.
Seçki bülletenlərinə 23 namizəd daxil edilib. Ancaq onlardan biri – gürcü “ənənəçilərinin” lideri Akaki Asatiani, parlamentin keçmiş spikeri, “Demokratik hərakat- vahid Gürcüstan” Partiyasının lideri Nino Burdcanadzenin xeyrinə öz namizədliyini geri götürüb.
Seçkilər yerli vaxtla, axşam saat 20:00-da başa çatacaq.