Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Gürcüstan baş naziri: "Ölkədə dördüncü inqilab cəhdinin qarşısını aldıq"
"Gürcü Arzusu Partiyası ölkədə dördüncü inqilab cəhdinin qarşısını aldı".
Oxu.Az-ın "Sputnik Gürcüstan" "Telegram" kanalına istinadən xəbərinə görə, bu sözləri ölkənin Baş naziri İrakli Kobaxidze ölkədə etiraz aksiyası iştirakçılarının fəallığının azalmasından danışarkən deyib.
"Radikal müxalifət güc resurslarını itirdi. Biz artıq dördüncü inqilab cəhdinin qarşısını aldıq - 800 nəfər (bir gün əvvəlki aksiyada iştirak ediblər). 4 siyasi partiya və 10-dan çox varlı QHT - bunlar Rustaveli prospektində heç 800 nəfəri də yığa bilmirlər. İtalyanların dediyi kimi, "finita la komediya" - hər şey bitdi", - deyə Kobaxidze bildirib.
"İrakli Kobaxidze" teqi üzrə xəbərlər
- Gürcüstanın baş naziri Azərbaycan Prezidentinə təşəkkür etdi
- Kobaxidze: "Rusiya ilə diplomatik münasibətləri bərpa etmək üçün imkan yoxdur"
- Gürcüstan USAID-i vəziyyəti sabitsizləşdirən təşkilatları maliyyələşdirməkdə ittiham edir
- Kobaxidze: "USAID-in maliyyəsi Gürcüstanda inqilablar təşkil etmək üçün istifadə edilib"
- Gürcüstandan AŞPA-nın qərəzinə cavab: Müstəqil dövlətlərlə ultimatum dilində danışmaq olmaz