Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Gürcüstan DİN Dmanisidəki kütləvi dava ilə bağlı istintaq aparır
“Ötən gün Dmanisidə baş vermiş insidentlə bağlı axtarış-əməliyyat və istintaq tədbirləri davam etdirilir”.
“Report” xəbər verir ki, bunu Gürcüstanın daxili işlər nazirinin müavini Aleksandre Daraxvelidze jurnalistlərə açıqlamasında deyib.
O, istintaqın zorakılıq maddəsi üzrə aparıldığını bildirib:
“Hadisədə iştirak edən şəxslər müəyyən ediləcək və barələrində müvafiq tədbirlər görüləcək”.
Nazir müavini insidentin bütün detallarının istintaq zamanı müəyyən ediləcəyini vurğulayıb.
Xatırladaq ki, mayın 16-da Dmanisidə azərbaycanlıya məxsus marketə svanlar taxta və dəmir dəyənəklərlə hücum edərək obyektdə dağıntılar törədiblər və bir neçə nəfərə ağır xəsarətlər yetiriblər.
Hazırda Gürcüstanın Dmanisi rayonunun mərkəzində yerli azərbaycanlılar aksiya keçirirlər.
Aksiyaçılar ötən gün kütləvi hücumun olduğu mağazanın yaxınlığında toplaşıblar.
Onlar bu cür halların Dmanisidə tez-tez baş verdiyini bildiriblər. Aksiya iştirakçıları aidiyyəti dövlət qurumlarından insidentlə bağlı müvafiq ölçü götürməyi və günahkarların cəzalandırılmasını tələb edirlər.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Əcnəbi narkotacirdən onlayn yolla narkotik alan şəxs saxlanıldı
- Paytaxt və bölgələrdə pirotexniki vasitələrin satışı ilə məşğul olan 17 nəfər saxlanılıb
- Bakıda narkotiklərin satışını təşkil edən ata və iki övladı saxlanılıblar
- Şəkidə avtomat gizlədən keçmiş məhkum tutuldu
- DİN-dən vətəndaşlara XƏBƏRDARLIQ
Rəylər