Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Gürcüstan parlamentində kritik təhlükəsizlik səviyyəsi elan edilib - YENİLƏNİB + VİDEO
Gürcüstan parlamenti təhlükəsizlik səviyyəsini qırmızı elan edib.
Buna müvafiq olaraq, təhlükənin spesifikliyinə və ondan yayınma zərurətinə uyğun olaraq parlament aparatının rəhbəri tərəfindən müəyyən edilən şəxslər istisna olmaqla, bütün şəxslər Parlament Sarayını tərk etməyə borcludurlar.
“Parlamenti sədrinin “Gürcüstan Parlamentinin Sarayında Təhlükəsizlik Qaydalarının təsdiq edilməsi haqqında” sərəncamına uyğun olaraq, mayın 1-də saat 23:00-dan Gürcüstan Parlamentinin Sarayında qırmızı təhlükəsizlik səviyyəsi qüvvəyə minib.
Parlament Sarayında insanların həyatı və sağlamlığı üçün təhlükə yaradan hücumla əlaqədar olaraq qırmızı təhlükəsizlik səviyyəsi elan edilib. Qırmızı səviyyə zamanı təhlükənin spesifikliyinə və ondan yayınma zərurətinə uyğun olaraq Parlament Aparatının rəhbəri tərəfindən müəyyən edilən şəxslər istisna olmaqla, bütün şəxslərdən Parlament Sarayını tərk etmək tələb olunur.
Tədbirin keçirilməsində məqsəd Gürcüstan parlamentinin sarayında qalan insanların həyat və sağlamlığını qorumaqdır”, - məlumatda deyilir.
Mənbə: TASS
01.05.2024, 23:44
Xüsusi təyinatlılar Tbilisidə parlament binası yaxınlığında xarici agentlərlə bağlı qanun layihəsinə etiraz edənlərə qarşı rezin güllələrdən istifadə ediblər.
Məlumata görə, ən azı bir nəfər yaralanıb.
O, təcili yardım maşınına aparılıb və ilkin tibbi yardım göstərilib.
Mənbə: TASS
23:24
Gürcüstan parlamentinin qarşısına toplaşan Daxili İşlər Nazirliyinin xüsusi təyinatlıları qanunverici orqanın xidməti girişinin qapılarını açmağa çalışan etirazçılara qarşı su şırnaqları və bibər qazından istifadə ediblər.
Xarici agentlərlə bağlı qanun layihəsinə qarşı çıxan etirazçılar uzun müddət darvazanın yanında dayanaraq onu silkələyiblər.
Polis əvvəlcə buna cavab verməsə də, sonradan lazımi tədbirlər görüb. Xüsusi texnikadan istifadə edildikdən sonra etirazçılar qaçıblar.
Mənbə: TASS
Rəylər