Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Gürcüstan prezidenti: “Hamı istefa arzumu unutmalıdır”
Gürcüstan Prezidenti Salome Zurabişvili hakim “Gürcü Arzusu - Demokratik Gürcüstan” partiyasının başlatdığı impiçment proseduru fonunda istefa vermək fikrində olmadığını bəyan edib.
“Mən heç yerə getmirəm. Düşünürəm ki, hamı istefa arzumu unutmalıdır. Mən olmalı olduğum yerdəyəm”, - S.Zurabişvili televiziya ilə müraciətində deyib.
Xatırladaq ki, sentyabrın 1-də ölkənin hakim partiyası prezidentə qarşı impiçment prosedurunun başlandığını elan edib. Buna səbəb S.Zurabişvilinin hökumətdən icazəsiz Avropaya səfəri, Almaniya və Fransa prezidentləri, eləcə də Avropa Şurasının rəhbəri ilə görüşməsi olub. Bununla da, S.Zurabişvili konstitusiyanı pozub. Belə ki, əsas qanuna görə, prezident xarici siyasətdə nümayəndəlik funksiyalarını yalnız Nazirlər Kabinetinin razılığı ilə həyata keçirə bilər.
Prezidentin vəzifədən kənarlaşdırılması üçün parlamentdə səsvermənin nəticələrinə əsasən deputatların üçdə ikisinin, yəni 150-dən 100-nün səsi tələb olunur.
Mənbə: TASS
"Almaniya" teqi üzrə xəbərlər
- Hamburq aeroportunun işi iflic oldu: Bütün reyslər ləğv edildi
- Almaniyada gömrükdə minlərlə Dubay şokoladı müsadirə edilib
- ABŞ-nin ən yeni nüvə başlıqları Avropaya göndərilib
- Tramp Almaniyadakı ABŞ hərbçilərini başqa ölkədə yerləşdirməyi düşünür
- Almaniyada məşhur təkər zavodunda PARTLAYIŞ: Yaralılar var