Gürcüstan prezidenti Georgi Marqvelaşvili və həyat yoldaşı Maka Çiçuanın oğlu dünyaya gəlib.
Oxu.Az Gürcüstan KİV-nə istinadən xəbər verir ki, yeni doğulmuş körpənin çəkisi 3.6 kiloqram, boyu isə 51 santimetrdir. Oğlana babası Teymurazın adını qoyublar.
Məlumata əsasən, uşaq qeysəriyyə əməliyyatı ilə dünyaya gəlib.
Qeyd edək ki, Georgi Marqvelaşvilinin birinci evliliyindən 1993-cü ildə anadan olmuş Anna adlı qız övladı var. Marqvelaşvili bir neçə il rəssam və aktrisa Maka Çiçua ilə vətəndaş nikahında yaşayıb. Onlar 2014-cü ilin payızında evləniblər.