Gürcüstanın idman və gənclərlə iş üzrə naziri Levan Kipiani istefa verib.
Bu barədə Oxu.Az Gürcüstan KİV-nə istinadla xəbər verir.
“Mən vəzifəmi tərk edirəm, mən idmandayam və idmanda da qalacağam”, - o brifinqdə deyib.
Beləliklə, Gürcüstanda nazirlərin üçdə birinin istefa verməsi səbəbindən hökumətə etimad məsələsi gündəmə gəlib.
Gürcüstan Konstitusiyasına əsasəm, hökumətə etimad məsələsinin gündəmə gəlməsi üçün nazirlərin 1/3-i vəzifədən getməlidir. Gürcüstan hökumətində 19 nəfər var. Öncə ətraf mühit və təbii resurslar naziri Elquca Xokrişvili və regional inkişaf və infrastruktur naziri David Şavliaşvili istefa verib.