Gürcüstanın Samtrediadakı Müqəddəs Ketevan adına Qocalar Evində ağır virus xəstəliyindən 5 nəfər ölüb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, daha 5 nəfər Kutaisi Yoluxucu xəstəxanasına yerləşdirilib. Xəstəliklərə qarşı Milli Nəzarət Mərkəzinin rəhbəri Amiran Qamkrelidze xəstələnən qocalarda yüksək istilik və boğaz yolunda virus olduğunu bildirib. İlkin məlumata görə, xəstələrdə aşkara çıxarılan virus 4-cü qrup , yəni “donuz qripi” virusu aşkar edilib.
Gürcü mətbuatının məlumatına görə, Samtrediadakı Müqəddəs Ketevan adına Qocalar Evində ölən 5 nəfər sakin barədə araşdırma aparılır. Samtredia Bələdiyyəsinin rəhbəri Emzar Şubladze araşdırmanı Samtredia Dairə Prokurorluğunun apardığını bildirib: “Bu insanlar fevralın 12-13-də ölüblər. 5 nəfər ölüb və bir neçə adam da xəstəxanaya yerləşdirilib. Önların ölümünə virusun səbəb olduğu və ya digər səbəbi istintaq müəyyənləşdirəcək”.
Onun sözlərinə görə, son zamanlar qocaların vəziyyəti çox ağır olub.