Gürcüstanda daxili işlər nazirinin sabiq müavini Levan Qvazavaya silahlı hücum edilib.
Oxu.Az İnterfax-a istinadən xəbər verir ki, hücum zamanı L.Qvazava başından yaralanıb və ağır vəziyyətdə İnqorokva klinikasına çatdırılıb. Hal-hazırda daxili işlər nazirinin sabiq müavini komadadır.
Gürcüstan Baş Prokurorluğundan verilən məlumata əsasən, silahlılar Qvazavanın Tiflis-Tabaxmela avtomobil yolunda mühasirəyə alaraq atəşə tutublar.
Hadisə zamanı Qvazava ağır yaralanıb, onu müşayiət edən qohumu Rezo Kalomletsavi isə yerindəcə keçinib.