Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Gürcüstanda küçədə bir kişi iki qadını güllələyib
Gürcüstanın Rustavi şəhərində kişi küçədə iki qadını güllələyib.
Məlumata görə, ölənlər orta yaşlı ana və onun qızıdır.
Bildirilir ki, onların yanında azyaşlı uşaq da olub. Uşaq yaralanıb, o xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, atəş açan şəxs 30 yaşlarında kişi olub və o dərhal polis tərəfindən yerindəcə saxlanılıb.
Mənbə: Sputnik Gürcüstan
Ən çox oxunanlar
Rəylər