Gürcüstanda marixuananın və çətənənin istehsalı, əldə edilməsi, saxlanılması və həkimin göstərişi olmadan istifadəsi cəzalandırılan cinayət hesab edilməyəcək.
Oxu.Az-ın xəbərinə görə, ölkənin Konstitusiya məhkəməsi “Qirçi” partiyasının vəsatətini təmin edib.
Partiyada məhkəmənin qərarını “tarixi” adlandırblar.
“Bu gün biz daha azadıq! Bu gündən etibarən Gürcüstanda marixuanadan istifadə cinayət sayılmayacaq! Təbrik edirəm!”, - partiyanın üzvü Nika Kavtaradze öz Facebook səhifəsinə yazıb.
S.B.
www.oxu.az