Gürcü polisi Rusiya baykerləri və Gürcüstanın Siqnaxi şəhərinin sakini arasında baş verən hadisəni araşdırır, Oxu.Az Gruziya Online-a istinadən xəbər verir.
“Gürcüstan vətəndaşı İnqa Araxamiya Rusiya baykerlərini motosikletlərdən georgi lentini çıxarmağa çağırıb. O, bu lentlərin Gürcüstanın vətənpərvərlik hisslərini təhqir etdiyini söyləyib”, - məqalədə deyilir.
Baykerlər lentləri çıxarmaqdan imtina ediblər, qadın onları özü çıxarmağa cəhd edib. Baykerlər ondan dəfələrlə mədəni şəkildə kənara çəkilməyi və lentlərə toxunmamağı söyləyiblər. Nəhayət, qadın lentlərdən birini çıxarmağa müvəffəq olub. Motosikletçilərdən biri lenti onun əlindən almağa çalışıb, nəticədə qadın telefonunu salıb.
İnqa Araxamiya lenti verməkdən imtina edib və onlardan polisə şikayət edəcəyini söyləyib.
Bu fakt üzrə CM-nın bilərəkdən başqasının əmlakına zərər verməni nəzərdə tutan 187-ci maddəsi üzrə cinayət işi açılıb, Gruziya Online ölkənin DİN-ə istinadən yazır.