Gürcüstanın müdafiə naziri İrakli Alasaniya istefaya göndərilib.
Oxu.Az-ın ANS PRESS-ə istinadən xəbərinə görə, bu barədə ölkənin baş naziri İrakli Qaribaşvili keçirdiyi xüsusi brifinqdə deyib.
Onun sözlərinə görə, qərar nazirin onun idarəsində korrupsiya haqqında araşdırmaları siyasiləşdirilməsi cəhdlərinə görə qəbul edilib.
Baş nazir açıqlayıb ki, yeni müdafiə naziri Mindiya Janelidze təyin olunub. M.Janelidze baş nazir yanında təhlükəsizlik və böhranları idarə etmək üzrə Şuranın katibi vəzifəsində çalışıb.