Gürcüstanın Prezident Administrasiyasının rəsmi saytına kiberhücum olub. Gürcüstan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) kiberhücumun qarşısını alıb.
Bildirilir ki, DTX-nın Əməliyyat-Texniki Qurumunun Kibertəhlükəsizlik Mərkəzi qısa müddətdə hücumu aşkar edib.
“Fövqəladə hallara cavab tədbirlərin həyata keçirilməsi nəticəsində qeyd olunan kiberhücumun qarşısı alınıb və Prezident Administrasiyasının saytının normal fəaliyyəti təmin edilib.
Sözügedən saytın digər boşluqlarının yoxlanılması, o cümlədən təqsirkarların müəyyən edilməsi və növbəti hüquqi tədbirlərin görülməsi məqsədilə əlavə araşdırmalar aparılır”, - deyə məlumatda bildirilib.
23:56
Gürcüstan prezidenti Salome Zurabişvilinin saytı xakerlər tərəfindən sındırılıb.
Bununla bağlı “Sputnik-Gürcüstan” məlumat yayıb.
Məlumata görə, sayt hazırda işləmir, onu bərpa etməyə çalışırlar.
Öncə saytın səhifəsində yaşıl rəngdə kəllə sümüyü təsviri olub, daha sonra “president.ge” saytı bağlanıb.
Rəylər