Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

"Haber Global"da Suriyada yaşanan son gərginlik təhlil edilib
Türkiyənin "Haber Global" televiziya kanalında Suriyada son günlər cərəyan edən siyasi hadisələr təhlil edilib.
Oxu.Az xəbər verir ki, verilişdə qonaq qismində iştirak edən Süheyla Demir Əl-Laziqiyyənin silahlı toqquşmaların mərkəzində yer almasının təsadüf olmadığını qeyd edib.
"Əl-Laziqiyyə Bəşər Əsədin qalası hesab olunurdu. Yeni qurulan hökumətin qüvvələri artıq Əl-Laziqiyyə və Tartus şəhəri də daxil olmaqla təhlükəsizliyi təmin edib. Hazırda əməliyyatın ikinci mərhələsinə hazırlıq görülür və ucqarlarda qalan sabiq rejim ünsürlərinə qarşı tədbirlərə start veriləcək".
Süheyla Demir vurğulayıb ki, Suriyadakı yeni hökumət ilk dəfə ciddi sınaqla üz-üzə qalıb:
"Baş verən hadisələrin zamanı təsadüfi seçilməyib. Çünki hazırda Suriya uzun illərdən sonra beynəlxalq dəstək qazanmağa başlayıb və görünür, bu, kimlərisə ciddi narahat edir".

"Suriyada vəziyyət" teqi üzrə xəbərlər
- Suriyada silahlı qarşıdurmaları kimlər yaradır? - Günahkarlar açıqlandı
- Suriya təhlükəsizlik xidmətləri Hama vilayətində bölmələr yerləşdirir
- Suriyada silahlı toqquşma: 50-dən çox ölən var
- Suriya təhlükəsizlik qüvvələri ölkənin keçmiş hava kəşfiyyatının rəhbərini həbs etdi
- Suriyada silahlı toqquşma: 10-dan artıq təhlükəsizlik əməkdaşı öldürülüb