Martın 28-də Türkiyə “Halkbank”ın baş direktorunun müavini ABŞ-da tutulub.
Oxu.Az Fins.az-a istinadən xəbər verir.
İnformasiyaya əsasən, Mehmet Hakan Atilla “ABŞ-ın İrana tətbiq etdiyi sanksiyaların pozulması” və “bankçılıqda fırıldaq edilməsi” maddələri ilə ittiham olunur.
Məlumatda bildirilib ki, bu ittihamlar təsdiqlənərsə, o zaman Atilla birinici ittihama görə 20, ikinciyə görə isə 30 il müddətinə azadlıqdan məhrum edilə bilər.
Qeyd edək ki, “Halkbank” 1933-cü ildə yaradılıb.
N.O.