Türkiyəli məşhur aktrisa Hande Erçel şəxsi həyatı ilə bağlı açıqlama verib.
İş adamı Hakan Sabancı ilə yaşadığı eşq macərası ilə gündəmdə olan aktrisa küçədə kameralara görüntülənib və jurnalistlərin suallarını cavablandırıb.
Sosial media hesabında izləyici sayı 32 milyona çatan və bununla da bir çox Hollivud ulduzunu geridə qoyan Hande Erçel Türkiyənin ən çox izləyicisi olan məşhuru hesab edilir.
“Nə deyim, gözəl bir şeydir, pərəstişkarlarıma təşəkkür edirəm”, - deyə o bununla bağlı təəssüratını paylaşıb.
Bu yay Hakan Sabancı ilə evlənəcəyi barədə xəbərləri yayılan Hande Erçel gələcək qayınanası Arzu Sabancı tərəfindən “arzuolunmaz gəlin” adlandırılması ilə bağlı iddialara da münasibət bildirib.
“Dostlar, belə bir şey ola bilərmi? Lütfən…” - deyə o qeyd edib.
Aktrisa vurğulayıb ki, Hakan Sabancı ilə münasibəti onun həyatını müsbət istiqamətdə dəyişib. “Dediyim kimi, çox xoşbəxtəm, mən plansız səyahət edərdim, amma onun sayəsində planlı olmağı öyrəndim”, - deyə Erçel bildirib.
O, eyni zamanda, evləndikdən sonra aktrisalığı tərk edəcəyi ilə bağlı sualı da cavablandırıb. “Xeyr, tərk etməyi düşünmürəm”, - deyə əlavə edib.
Mənbə: Milliyet
Rəylər