Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Hansı hava şəraitində insult riski artır?
Alimlər müəyyən ediblər ki, isti hava şəraitində uzun müddət yüksək temperaturun təsirinə məruz qalmaq kəskin işemik insult riskini artırır.
Tədqiqat zamanı 2019-2021-ci illərdə kəskin işemik insult keçirmiş Çindən olan 82 min xəstənin məlumatları təhlil edilib. Alimlər xəstələrin yaşı, pis vərdişləri, cinsi, yaşayış yeri və sağlamlıq vəziyyəti kimi amilləri nəzərə alıblar.
Nəticələr göstərib ki, insult riski temperaturun artması ilə çoxalır və isti havanın təsirinə məruz qalmaq müddəti nə qədər uzun sürərsə, riski bir o qədər də yüksəlir. Bu baxımdan şimal bölgələrinin sakinləri və kişilər xüsusilə həssas qrupa aiddirlər.
Tədqiqatçılar xüsusilə yaşlı insanların yüksək temperaturun təsirindən qorunmasının vacib olduğunu qeyd ediblər.
Mənbə: mk.ru
"Çin" teqi üzrə xəbərlər
- Trampın Çinə səfərinin təxmini vaxtı açıqlandı
- İran, Çin və Rusiyanın birgə hərbi dəniz təlimləri başlayıb
- Çin uçan avtomobillərin kütləvi istehsalına başlayacaq
- Çin rəsmisi: "Digər dövlətlər Ukrayna münaqişəsindən dərs çıxarmalıdırlar"
- Çində 125 milyon il əvvəl yaşamış nəhəng əqrəbin qalığı tapıldı