Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Həkimlər Saakaşvilini xəstəxanadan çıxarmaq istəyirlər
Tiflisdə yerləşən və hazırda Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvilinin müalicə olunduğu klinika Ədliyyə Nazirliyinə müraciət ünvanlayıb.
Həkimlər siyasətçinin tibb müəssisəsindən xaric edilməsi imkanını nəzərdən keçirməyi xahiş ediblər.
Rəhbərliyin fikrincə, Saakaşvilinin klinikada olması onların reputasiyasına zərbə vurur. Belə ki, çoxları həkimlərin sadəcə olaraq ölkənin eks-prezidentini müalicə etmək istəmədiklərini deyir. Bundan başqa, siyasətçinin özü də klinikanın tibb işçilərinə etibar etmir və müalicə rejimindən imtina edir.
Qeyd edək ki, metal zəhərlənməsi səbəbindən Saakaşvilinin vəziyyəti ağır olaraq qalır.
Mənbə: TASS
"Ədliyyə Nazirliyi" teqi üzrə xəbərlər
- Ədliyyə Nazirliyinin aparatının işçilərinin say həddi artırıldı - FƏRMAN
- Azərbaycanda Bakı Arbitraj Mərkəzi yaradılıb
- Nazir Lənkəran müasir penitensiar kompleksinə rəis təyin etdi
- Mirsaleh Seyidov rəisi İŞDƏN ÇIXARDI - Yeni təyinat
- QHT-lər aprelin 1-dək maliyyə hesabatlarını təqdim etməlidir - BİRGƏ MÜRACİƏT