Rusiyanın Suriyada Müharibə aparan tərəflərin barışdırılması mərkəzi yaraqlıların və onların ailə üzvlərinin Hələbin şərq rayonlarından çıxarılması əməliyyatının başa çatdığını bəyan edib.
Oxu.Az bu barədə RİA Novosti-yə istinadən xəbər verir.
“Rusiyanın Mərkəzinin Hələb rayonlarından yaraqlıların və onların ailələrinin çıxarılması üzrə apardığı əməliyyat başa çatıb”, – məlumatda qeyd edilib.
Bununla yanaşı, Hələbin sərhədlərindən kənara 4,5 min yaraqlı və 300-dən çox yaralı çıxarılıb.
Bundan başqa, əməliyyat boyunca 9,5 min nəfərin çıxarıldığı barədə məlumat yayılıb.
N.O.
www.oxu.az