Hillari Klinton 2016-cı ildə prezident seçkilərində iştirak etmək niyyətindədir. Bu barədə o aprelin 12-də özünün Facebook səhifəsində məlumat verib.
Oxu.Az xəbər verir ki, dövlət başçısı postuna namizədliyini o, ABŞ-ın Demokratlar Partiyasından irəli sürəcək.
“Mən prezident seçkilərinə qoşuluram. Hər gün amerikalıların çempiona ehtiyacı var. Və mən həmin o çempion olmaq istəyirəm”, - Klinton yazıb.
67 yaşlı Klinton seçki kampaniyasına Ayova və Nyu-Hempşir ştatlarından başlayacaq.
Qeyd edək ki, öncə Barak Obama bildirib ki, Klinton ABŞ-ın “əla prezidenti” olacaq. Onun fikrincə, Klinton dövlət katibi vəzifəsinin öhdəsindən yaxşı gəlirdi.
www.oxu.az