ABŞ-dan olan HİV infeksiyasından xilas edildiyi hesab edilən qızın qanında yenidən virus tapılıb.
Oxu.Az BBC-yə istinadən xəbər verir ki, HİV virusuna yoluxmuş ananın dünyaya gətirdiyi Missisipili qız, həyatının ilk günlərində virus əleyhinə terapiya keçib.
18 aylığında uşağa dərman verməyi dayandırıblar, və iki il müddətində o, virussuz yaşayıb.
Həkimlərin sözlərinə görə bu virusun yayılmağını bir müddət dayandırmaq mümkündür.
Eləcə də mütəxəssislərin qarşısında belə hallarda immun sisteminin dəstəklənməsi üçün terapiyanı bərpa etmək lazım olması məsələsi durub.
Qız hal-hazırda virusa qarşı preparatlar qəbul etməyə başlayıb.
Qeyd edək ki, hər il anadangəlmə HİV viruslu 250 min uşaq dünyaya gəlir.