Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

"Hizbullah" İsraillə danışıqlar üçün şərtini açıqladı
"Livanın İsraillə dolayı danışıqlara başlamasının şərti yalnız hərbi əməliyyatların tam dayandırılması ola bilər".
Oxu.Az xəbər verir ki, bunu "Hizbullah" hərəkatının baş katibi şeyx Nəim Qasım "Əl Manar" kanalı ilə yayımlanan televiziya müraciətində deyib.
"Dolayısı ilə danışıqlar yalnız o zaman başlayacaq ki, düşmən İsrail öz təcavüzünü dayandırmaq qərarına gəlsin. Livanın suverenliyinə hər hansı bir müdaxilənin qarşısını almaq üçün "Hizbullah" adından danışıqları respublika parlamentinin spikeri Nəbih Berri aparacaq", - deyə şeyx bildirib.
"Hizbullah hərəkatı" teqi üzrə xəbərlər
- Trampın husilərə qarşı əməliyyatı - Yaxın Şərqdə ABŞ-İran savaşının mümkün sonu
- "Hizbullah"ın baş katibi İranla bağlı Livan hökumətinə çağırış edib
- Suriyada silahlı qarşıdurmaları kimlər yaradır? - Günahkarlar açıqlandı
- İsrail "Hizbullah" komandirini məhv etdi
- İsrail ordusu "Hizbullah" komandirini məhv etdi
Ən çox oxunanlar