Amerika Kino İnstitutu tərəfindən Hollivudun ən parlaq ulduzlarından biri kimi tanınan aktrisa Loren Bekoll ömrünün 90-cı ilində dünyasını dəyişdi.
Oxu.Az Lenta.ru-ya istinadən xəbər verir ki, avqust ayının 12-də bu barədə TMZ bildirib.
Əsl adı Betti Coan Perski olan Loren Bekoll 1924-cü ildə Polşa və Almaniyadan olan yəhudi-mühacir ailəsində anadan olub. Karyerasına model kimi 19 yaşında başlayıb, ilk dəfə məşhur aktyor Hamfri Boqartla çəkilib, onunla ilk filmi “Sahib olmamaq və olmamaq” çəkilişindən sonra ailə qurub.
Nəticədə ulduz cütlük daha üç filmdə çəkilib. Bekoll, həmçinin 1953-cü ildə Merilin Monro ilə “Milyonerə necə ərə getməli?” filmində də çəkilib. 1957-ci ildə Boqartın ölümündən sonra o, Frenk Sinatr ilə nişanlanıb, sonra isə “Oskar” laureatı Ceyson Robardsa ərə gedib.
1970-ci ildə aktrisa Breodveydə iş üzərində diqqətini cəmlədi. Bu dövrün filmləri arasında onun ən məşhur – detektiv “Şərq ekspressində qətl” (1974) və vestern “Ən sərrast” (1976) filmləri oldu. 1993-cü ildə Bekoll Qreqori Pek ilə “Portret” filmində çəkilib. Barbra Streyzandın “Güzgünün iki üzü var” filmində ikinci plan roluna görə “Qızıl qlobus” mükafatına layiq görülüb. Elə həmin il “Sezar” mükafatına kino sənətinə verdiyi töhfələrə görə layiq görüldü.
2000-ci illərdə Nikol Kidman ilə Bekoll “Doqvill” (2003) və “Yaranış” filmlərində oynayıb. Eləcə də aktrisa tok-şoularda iştirak edirdi. 2009-cu ildə aktrisa kino inkişafında rolu və səylərinə görə “Oskar”a layiq görülüb.