Honda və Mazda milyonlarla qüsurlu avtomobillərini geri çağırırlar.
2014-cü ildə Honda 2,03 milyon avtomobilini geri çağırıb.
Daha 160 min avtomobil Mazda tərəfindən geri çağırılıb. İstehsalçılar yuxarıda adı çəkilən avtokonsernlərə Takata şirkəti tərəfindən tədarük olunmuş təhlükəsizlik yastıqlarında yaranan qüsuru aradan qaldırmalı olacaqlar.
Yapon istehsalçıları Honda və Mazda ümumilikdə bütün dünya üzrə 3 milyondan artıq avtomobili təhlükəsizlik yastıqları ilə əlaqədar yaranmış problemə görə geri çağırmalı olublar, Bloomberg yazır.
Belə ki, yastıqlar havanın doldurulması sistemindəki nasazlığa görə partlaya və ön oturacaqlarda əyləşmiş sürücü yaxud sərnişinə ziyan vura bilər.
Honda Fit və CR-V də daxil olmaqla, 13 müxtəlif marka üzrə 2,03 mln. avtomobilini geri çağırıb. Mazda isə 160 minə yaxın avtomobili geri çağırır.
Yapon avtomobil şirkətlərinin problemlərinin mənbəyi birdir – bu, dünyada böyüklüyünə görə ikinci avtomobil təhlükəsizlik sistemləri istehsalçısı Takata şirkətidir.
Bu arada təhlükəsizlik yastıqları ilə problemlər Takatanın ən böyük müştərisi olan Hondanı 2008-ci ildən başlayaraq, 6 milyondan çox maşını geri çağırmağa məcbur edib. 2009-cu ildə isə nöqsanlara görə 2 nəfər həlak olub.
Lakin problem indiyədək həllini tapmayıb. Buna görə də, ABŞ Yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi üzrə Milli idarəsi (NHTSA) şəxsi araşdırmasına başlayıb.
Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin