Aksiyaçılar və polislər arasında qarşıdurma nəticəsində Honkonqda 26 nəfər adam saxlanılıb.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, toqquşmalar nəticəsində hər iki tərəfdən zərərçəkənlər var, bunu yerli radio bildirib.
Beşinci gün polislər barrikada və çadır düşərgəsini dağıdaraq, nəqliyyat üçün yolu açıblar. Amma yüzlərlə nümayişçi, üç həftə ərzində əllərində saxladıqları, bu yeri nəzarət altına almağa çalışıblar.
Bu həftə ərzində polis “Okkupiruy Sentral” kampaniyasının iştirakçıları tərəfindən ucaldılmış barrikadaların sökülməsinə başlayıb. Nəticədə şəhər mərkəzində bir neçə yol və küçə hərəkət üçün açılıb. Nəqliyyatın vəziyyəti sona qədər olmasa da yaxşılaşdırılıb.
Seçkilərin demokratikləşməsinin tərəfdarlarının nümayişi artıq üç həftədir ki, davam edir. Hakimiyyət gələn həftə tələbə aksiyaçılarının liderləri ilə konstitusiya inkişafı məsələlərinə dair müzakirələrə başlamağa hazır olduqlarını bildiriblər. Bununla yanaşı Pekində təsdiqlənmiş Honkonq administrasiya rəhbərliyinin seçki prosedurlarının qaydalarına yenidən baxılmasının real olmadığını bildiriblər.
Aksiyaçılar nə tələb edir
Pekinin razılığı ilə yerli əhali ilk dəfə olaraq müstəqil səsvermə hüququ qazanıb, amma onlar seçkiyə yalnız bir-iki namizəd təqdim edə bilərlər, onlar da məhz kollegiya tərəfindən seçilənlər olmalıdır. Amma Honkonqun demokratik müxalifəti heç bir məhdudiyyət olmadan azad seçki tələb edir. Bu şüar altında şəhərdə kütləvi tələbə aksiyaları keçirməyə başlayıb. Aksiyaların pik nöktəsi oktyabr ayının əvvəlinə təsadüf etmişdi.