Son günlər Honkonq tələbələri və demokratik hərəkət fəalları kütləvi etirazlara başlayıblar. Yerli inzibati hakimiyyət binası qarşısına toplaşan etirazçılar demokratiyanın gücləndirilməsini tələb edirlər. Etirazlar təhlükəszilik qüvvələri ilə toqquşmalarla müşayiət olunur.
Honkonq polisi etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edib. Məqsəd küçəni bağlamış minlərlə etirazçını dağıtmaq olub.
Honkonq lideri Leung Chun-ying əhaliyə çağırış edərək deyib ki, etiraz aksiyalarına qoşulmasın. Polis şəhərin mərkəzini ələ keçirməyə çalışan minlərlə etirazçının qarşısını almaq üçün küçələrdə barrikadalar qurur.
Leung Chun-ying sentyabrın 28-də deyib ki, aksiyalar qanunsuzdur.
Bu, etirazlar başlanandan liderin ilk bəyanatıdır.
Tələbələr sentyabrın 26-da kütləvi nümayiş keçirib, daha çox demokratiya, ölkə rəhbərinin seçki islahatlarının müzakirəsi üçün onlarla görüşməsini tələb edib.
Leung Chun-ying vəd edib ki, hökumət tezliklə seçki islahatlarına dair məsləhətləşmələrin yeni raunduna başlayacaq. Ancaq o, konkret tarix açıqlamayıb. (virtualaz.org)