Türkiyə Super Liqasında keçirilən “Ankaragücü” - “Çaykur Rizəspor” matçından sonra hücuma məruz qalan türkiyəli hakim Halil Umut Melerin ifadəsi açıqlanıb.
Halil Umut Meler verdiyi ifadədə Faruk Kocanın onu ölümlə təhdid etdiyini bildirib. O, güzəştə getmək istəmədiyini qeyd edərək bütün hücum edən şəxslərdən şikayətçi olduğunu nəzərə çatdırıb.
“Faruk Koca bütün hakim dostlarıma və mənə: “Sizi bitirəcəyəm”, - dedi. Mənə xitab edərək: “Səni öldürəcəyəm”, - dedi. Kocadan və digər şəxslərdən şikayətçiyəm. Güzəştə getmək istəmirəm”, - deyə referi açıqlamasında vurğulayıb.
12:42
“Ankaragücü” futbol klubunun prezidenti tərəfindən ağır fiziki zorakılığa məruz qalan hakim Halil Umut Meler karyerasını başa vurduğunu açıqlayıb.
Bu barədə referi özü xəstəxanada onu ziyarətinə gələnlərə məlumat verib.
O, “məndən bu qədər” deyərək, hakimlikdən uzaqlaşdığını bildirib.
Xatırladaq ki, Superliqanın XV turunun “Ankaragücü” - “Rizəspor” (1:1) oyunundan sonra paytaxt təmsilçisinin prezidenti Faruk Koca meydana daxil olaraq, baş hakim Halil Umut Meleri yumruqla vurub.
Mənbə: Aspor.com.tr, Haber Global