Ukraynanın cənub-şərqində gedən döyüşlərdə Çeçenistan müharibələrinin iştirakçısı Munaev İsa həlak olub.
Oxu.Az-ın ANS PRESS-ə istinadən məlumatına görə, bu haqda “Donbass” batalyonunun komandiri Semyon Semençenko facebookda yazıb.
“Mənim döyüş yoldaşım həlak oldu. Əsl döyüşçü, briqada generalı Munaev İsa”, - xəbərdə deyilir.
Semençenkonun sözlərinə görə, Uqleqorskda ağır döyüşlər artıq başa çatıb.
Bu döyüşlərdə “Donbass” batalyonunun 4, Ukrayna ordusunun isə 12 döyüşçüsü həlak olub.