Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
İDDİA: Rusiya FTX Darya Duginanın qətlinin üstünü açdı - FOTO
Rusiyada avtomobili partladılan jurnalist Darya Duginanın qətlinin üstü açılıb.
Bu barədə Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzindən bildirilib.
İddiaya görə, sui-qəsd Ukrayna xüsusi xidmət orqanları tərəfindən hazırlanıb və törədilib, icraçı Ukrayna vətəndaşı, 1979-cu il təvəllüdlü Vovk Natalya Pavlovnadır, o, hadisədən sonra Estoniyaya qaçıb.
Təhlükəsizlik xidməti onun 2010-cu il təvəllüdlü qızı Şaban Sofiya Mixaylovna ilə birlikdə 2022-ci ilin iyulun 23-də Rusiyaya gəldiyini bildirib.
“Qətl günü Vovk və Şaban Duginanın fəxri qonaq qismində iştirak etdiyi “Ənənə” ədəbi-musiqi festivalında olublar. Avqustun 21-də Duginanın idarə etdiyi “Toyota Land Cruiser Prado” markalı avtomobildə olan partlayıcının idarə olunan partlamasından sonra Vovk qızı ilə birlikdə Pskov vilayətindən Estoniyaya yollanıb”, - deyə FTX-dən iddia olunub.
Məxfi xidmətdən vurğulanıb ki, Duginanın qətlini təşkil etmək və onun həyat tərzi haqqında məlumat əldə etmək üçün Vovk qızı ilə birlikdə Moskvada, mərhumun yaşadığı evdə mənzil kirayələyib. Cinayətkarlar jurnalisti izləmək üçün “Mini Cooper” markalı avtomobildən istifadə ediblər”, - deyə FTX-dən bildirilib və əlavə olunub ki, Rusiyaya daxil olarkən Donetsk nömrələrindən, Moskvada - Qazaxıstan nömrələrindən, çıxarkən isə Ukrayna nömrələrindən istifadə olunub.
“İstintaq materialları İstintaq Komitəsinə verilib”, - FTX-dən əlavə edilib.
Mənbə: TASS
Rəylər